top of page

Günümüzdə  SANGSIN şirkəti bütün göstəricilərinə görə Cənubi Koreyanın ən böyük əyləc yastıqları istehsalçısı statusunu tam doğruldur.Daxili bazarda böyük rəqabətin olmasına baxmayaraq, SANGSIN  artıq uzun illərdi ki, Koreyanın ən nəhəng avtomobil istehsalçılarının  konveyerlərini  öz məhsulları ilə təmin edən əsas rəsmi təchizatçı şirkətdir. Və hər bir istifadəçi  buna özü şəxsən şahid ola bilər,belə ki əyləc yastıqlarının orjinal qablaşdırmasına nəzər saldıqda orada SANGSIN və ya SBI ( SANGSIN Brake İndustry) yazısını görmək olur. Bütün Koreya avtomobilləri üçün keramik və yarım keramik əyləc yastıqlarını öz ticari markası olan Hİ-Q adı altında istehsal etməsi, istehsal zamanı istifadə edilən friksion materialın tərkibinin  şirkətin özünə məxsus olması, dünya üzrə distribyutor şəbəkəsinin yayılması, yəni şirkətin dünyaca tanınması SANGSİN-i Koreyanin digər istehsalçı şirkətlərindən fərqləndirən cəhətlərin sadəcə bir- neçəsidir.

 

Güclü elmi-tədqiqat bazasına malik olan şirkət, məhsulların keyfiyyətinə ciddi nəzarət edir, eləcə də əyləc yastıqları istehsalı sahəsində daim yeniliklər həyata keçirir.

bottom of page